İdman
Lamiyə Vəliyeva: "Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu"
"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu".
Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Şöhrət" ordeni ilə təltif olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edilən atlet bu xəbərin onun üçün gözlənilməz olduğunu söyləyib:
"Belə bir şeyin baş verəcəyini həqiqətən gözləmirdim. Bu, mənim üçün gözlənilməz oldu. Çünki ölkəyə yeni qayıtmışam, çox sevincli olduğum üçün heç nə düşünə bilmirdim. Onsuz da çox sevinirdim ki, Azərbaycan xalqı mənə bu qədər diqqət göstərdi. Bir sözlə, mən şokdayam. Ölkə başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Azərbaycan xalqına çox dərin təşəkkür edirəm".
Qeyd edək ki, L. Vəliyeva T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda qızıl, 400 metr məsafəyə qaçışda isə gümüş medal qazanıb. O, həmçinin 100 metr məsafəyə qaçışda 11.76 saniyə nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib.
-
Qarabağ 11:30Qarabağda geniş biznes və investisiya imkanları var - BƏƏ səfiri
-
Nida Xəbər 10:36Braziliya səfiri: "Azərbaycanın gələcəyi etibarlı əllərdədir!"
-
Nida Xəbər 10:20Milli Məclis: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumu aparılır
-
Səhiyyə09:40Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür
-
Nəqliyyat08:30Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...


























.png)

.jpg)






