İdman
Neymar milliyə nə vaxt qayıdacaq? - "Onu çağırmamaqda haqlı idik"
Braziliya millisinin baş məşqçisi Dorival Junior Neymar barədə danışıb.
Publika.az xəbər verir ki, o, 32 yaşlı vingerin milliyə mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb:
“Neymara heyranlığımı heç vaxt gizlətməmişəm. Onun nə qədər istedadlı olduğunu hamımız bilirik. İstərdim ki, komandaya kömək ola biləcəyi bir vaxtda milliyə qayıtsın. Ümid edirəm ki, gələn il, konkret desək, martda bu yenidən baş verəcək. İstədiyimiz tək şey onun tam formada olmasıdır ki, özünü yaxşı tərəfdən göstərə bilsin. Şübhə etmirəm ki, Neymarla komandanın çıxışı daha da yaxşı olacaq.
Keçən dəfə onu milliyə çağırmamaqda haqlı idik. Xüsusən də sonradan zədəsi ilə bağlı baş verənlərə görə. Biz onun vəziyyətini izlədiyimiz üçün çox diqqətli idik. Düzgün yanaşma tutduq. Əvvəlcə onun klubdakı vəziyyətini bərpa etməsini istəyirik. Sonra milliyə qayıdacaq. Çünki ona bu, lazımdır”.
Qeyd edək ki, “Əl-Hilal”ın forvardı noyabrın 4-də AFC Çempionlar Liqasında “Esteqlal”la oyunda (3:0) ombasını zədələyib. O, çarpaz diz bağı zədəsindən sağaldıqdan sonra cəmi iki oyun keçirib.
-
MDB19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi







.webp)






.jpg)


.jpg)






.jpg)














