İdman
Məşhur idmançının super avtomobili necə oğurlanıb? - Film kimi hadisə
ABŞ-ın beysbol ulduzu Kris Brayant bir müddət əvvəl lüks "Lamborghini Huracan" avtomobilinin oğurlanması ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, xoşbəxtlikdən polis superkarı tapıb. Llakin onun necə oğurlanması hekayəsi sadəcə inanılmazdır.
Mövsümü adətən Las-Veqasda keçirən Brayant, orada olarkən 2023-cü ildə super avtomobilinin Las Veqasa çatdırılmasını istəyib. Maşını şəhərə çatdırmaq üçün nəqliyyat şirkəti ilə müqavilə bağlayıb. Lakin avtomobil ona çatdırılmayıb. Nəticədə oktyabrın 2-də Kolorado ştatının polisi onun itməsi barədə məlumat alıb.
Məlum olub ki, nəqliyyat şirkəti hakerlər tərəfindən göndərilən elektron məktubla aldadılıb. Müstəntiqlər daşıma şirkətinin rəsmi elektron poçt ünvanının sındırıldığını aşkar ediblər.
Bildirilir ki, bu, oğrulara avtomobili Las Veqasdan başqa bir istiqamətə yönləndirməyə imkan verib. Hakerlərin yük maşınının marşrutunu dəyişməsinə necə səbəb olmasının təfərrüatları gizli saxlanılsa da, onların istifadə etdiyi üsul geniş şəkildə ictimaiyyətə açıqlanıb.
Əslində, hakerlər özlərini şirkət işçilərinin tanıdığı, sorğu-sual olunmayacaq qədər etibar etdikləri şəxs və ya qurum kimi təqdim ediblər. Hakerlər e-poçta cavab verən şəxsdən yük maşınının marşrutu haqqında ətraflı məlumat almaq üçün istifadə ediblər.
Amma görünür ki, hakerlərin planı tam etibarlı olmayıb. Polis marşrutu izləmək üçün nömrəni tanıyan kameralardan istifadə edib. Oktyabrın 7-də səlahiyyətlilər avtomobilin yerini müəyyənləşdirib və bir neçə şübhəli şəxsi saxlayıblar. Digər şübhəlilər və daha iki oğurlanmış avtomobil haqqında əlavə məlumat əldə edildiyi üçün polis böyük bir əməliyyat keçirməli olub.
Heybət
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər
-
İdman10:18"Qarabağ" hansı halda pley-offa yüksələcək? - Bu komandalardan ikisi xal itirsə...
-
Nida Xəbər 09:54Prezidentin gəlini də Davosdadır - FOTO
-
Elm və təhsil09:18Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq
-
İdman09:12Bəhlul Mustafazadə tarixə düşdü
-
ABŞ08:49Tramp 2026-cı ilin sonuna qədər bu ölkənin prezidentini devirəcək
-
ABŞ06:16Gözü göyərib? - Tramp Makronun eynək taxmasını ələ saldı






.jpg)




.jpg)























