İdman
Samir Abasov: "Heç bir oyunçunu arxa plana atmırıq"
"Maraqlı oyun oldu. Azarkeşlərə təşəkkür edirəm".
Publika.az xəbər verir ki, bu sözləri "Neftçi" komandasının baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XV turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O, futbolçularını ayrı-ayrılıqda təhlil etmək istəmədiyini bildirib: "Heyətdə müzakirə olunacaq oyunçular var. Lakin bu barədə danışmaq istəmirəm. Bu gün futbolçularım çox istəkli şəkildə meydana çıxmışdılar. Sadəcə, dəqiq ötürmələrdən və qol epizodlarından yararlana bilmədik. Yuri Matiasın qol vəziyyətindəki səhvi bizə təsir etdi. Lakin böyük hesabdan sonra meydanda aqressiv olmaq istəmərik. Uduzsaq belə, məşqdə göstərdiyimiz planı meydanda nümayiş etdirmək niyyətindəyik".
Mütəxəssis hədəfə çatmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: "Görüləcək işlər çoxdur. Biz çempionatda yuxarı yerlər uğrunda iddiamızı davam etdiririk. Hazırda ölkə kubokunda da öz yolumuzla gedirik. Fanatlarımız çox məyus olub. Onları da başa düşürəm. Heç bir oyunçunu arxa plana atmırıq".
S. Abasov Ramil Şeydayevin meydanda ürəklə mübarizə apardığını deyib.
-
Magazin120:36Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
İdman20:00Azərbaycan Lixtenşteynə qarşı - CANLI / YENİLƏNİR
-
Magazin218:48Adriana Limanın yeni videosu izləyiciləri dəhşətə gətirdi - VİDEO
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
















.jpg)
















.jpg)

