Rusiyaya qarşı sanksiya planında çat: Brüsseldə qarşıdurma yaşanır
Bizi izləyin

Dünya

Rusiyaya qarşı sanksiya planında çat: Brüsseldə qarşıdurma yaşanır

Rusiyaya qarşı sanksiya planında çat: Brüsseldə qarşıdurma yaşanır

Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı vahid mövqeyin formalaşdırılması çətinləşir. Bir sıra nüfuzlu qüvvələrin əlavə məhdudiyyətlərə qarşı çıxması Brüsseldə qərarların razılaşdırılmasına mane olur.

Publika.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna “Politico” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hər yeni danışıqlar mərhələsində sanksiyalara qarşı müqaviməti aradan qaldırmaq daha da çətinləşir. O, konkret ölkə və ya qurumların adını çəkməsə də, bəzi Avropa paytaxtlarında Rusiya ilə əvvəlki əməkdaşlıq formatına qayıtmaq ümidinin qaldığını qeyd edib.

Bu vəziyyət Aİ üzvləri arasında Rusiyaya münasibətdə yanaşma fərqlərinin davam etdiyini göstərir.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin isə Avropa İttifaqının Moskvaya qarşı sanksiya imkanlarının tükənmək üzrə olduğunu iddia edib. Onun fikrincə, ittifaq daxilindəki ziddiyyətlər yeni məhdudiyyətlərin razılaşdırılmasını çətinləşdirir.

Qeyd edək ki, Aİ xarici işlər nazirləri Rusiyaya qarşı növbəti sanksiyalarla bağlı ilkin siyahıları razılaşdırıblar. Siyahılara 145 subyekt, o cümlədən 50 Rusiya bankı daxildir. 22-ci sanksiya paketinin yekun variantının noyabrın sonunadək hazırlanması gözlənilir.

Yeni məhdudiyyətlərlə bağlı məsələnin noyabrın 16-da Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə olunması nəzərdə tutulur.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm