İdman
Dördqat dünya çempionu ata olacaq – FOTOLAR
“Red Bull “komandasının sürücüsü Maks Ferstappen ata olacaq.
Publika.az xəbər verir ki, onun sevgilisi Kelli Pike hamilə olduğunu açıqlayıb. “Mini Ferstappen-Pike yoldadır. Kiçik möcüzəmizi gözləyərək doya bilmirik”, – deyə braziliyalı model sosial şəbəkələrdə yazıb.
Pike Formula 1 üzrə üçqat çempion Nelson Pikenin qızıdır. O, Ferstappendən 9 yaş böyükdür. Cütlük 2020-ci ildə görüşməyə başlayıb. Əvvəllər Kelli rus yarışçısı Daniil Kvyatın həyat yoldaşı olub. Onların ortaq bir övladı var.
Bu Formula 1 mövsümündə 27 yaşlı Ferstappen dördüncü dəfə dünya çempion titulunu qazanıb. O, daha əvvəl 2021, 2022 və 2023-cü illərdə dünya çempionatının qalibi olub.



-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı















.png)


















