İdman
“Yunayted” Reşfordu buna görə satır – Pul söhbəti deyil
“Mançester Yunayted” cinah oyunçusu Markus Reşfordu əvvəllər mətbuatda xəbər verildiyi kimi yüksək maaşına görə deyil, nizam-intizamı pozduğuna görə satmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə “The Athletic”in jurnalisti Endi Mitten məlumat verib.
“Mançester Yunayted”in bütün əvvəlki məşqçilərinin Markus Reşfordla problemləri olub. Bu barədə onlarla danışdım. Uzun illər əvvəl baş verənləri mənə arxayınlıqla danışdılar.
“Mançester Yunayted” Reşfordu maaşına görə satmaq istəyir? Yox. Düşünürəm ki, bu məsələdə baş məşqçinin sözü həlledicidir. Ruben Amorim hər şeyi istədiyi kimi edir. Amorim “gülərüz qatil” və nizam-intizamlıdır”, – deyə Mitten “talkSPORT”a bildirib.
Xatırladaq ki, Reşford son bir neçə matçda mankunianlıların heyətində yer almayıb. “Mançester Yunayted”in onu bu qış sata biləcəyi bildirilir.
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20Hindistanda An-32 hərbi təyyarəsi qəzaya uğradı - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
Maraq dünyası10:187 il xərçəngdən müalicə alan kişi sən demə xəstə deyilmiş - VİDEO
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır



































