İdman
"Qarabağ" "Flamenqo"ya "hə" dedi - Juninyo fantastik qiymətə satıldı
"Flamenqo” klubu Juninyonun transferi üçün “Qarabağ”la razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə bir qədər əvvəl Braziliyanın bir neçə media qurumu məlumat yayıb.
ESPN-in saytı bildirib ki, Rio təmsilçisi qışda ilk transferini gerçəkləşfirmək üzrədir. Juninyo klubun 2025-ci ildə alacağı ilk oyunçu olacaq.
Məlumata görə, bu, “Flamenqo”nun “Qarabağ”a ikinci təklifi sayəsində mümkün olub. Rio-De-Janeyro klubu Juninyo üçün “Qarabağ”a 5 milyon avro ödəyəcək. İlk müraciətdə 4 milyon təklif olunmuş, “Qarabağ” isə bunu rədd etmişdi.
Braziliyanın tanınmış insayderi Vene Cesagrande de tərəflərin razılığa gəldiyini və Juninyonun 5 milyon təzminat müqabilində “Flamemqo”ya keçəcəyini yazıb.
Hələlik klublar bu məlumatı şərh etməyiblər. (qol.az)
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
















.jpg)
















