İdman
Futbolçu oyunu xilas etdi: O, stadiondakı problemi görün necə həll edib - FOTO
İngiltərədə yarıpeşəkar və həvəskar klublar arasında keçirilən Trofi kubokunun 1/16 mərhələsinin "Sittinqburn" - "Solsber" oyununda maraqlı hadisə baş verib.
Publika.az xəbər verir ki, qarşılaşmanın qızğın vaxtında Kentdəki stadion qaranlığa qərq olub. Proyektorlardan biri xarab olub. Oyunun ləğv edilmə təhlükəsi yaranıb. Çünki qaydalara görə, matç düzgün işıqlandırma olmadan davam edə bilməz.
Ancaq "Sittinqbur"ın müdafiəçisi Lyam Smit buna imkan verməyib. Gündəlik həyatında elektrik olan 24 yaşlı həvəskar futbolçu vəziyyəti tez qiymətləndirib və işə başlayıb. O, alətlərdən istifadə edərək 15 dəqiqədən sonra proyektoru təmir edib və meydanın işıqlanmasını təmin edib.
"Mən problemin elektrik açarlarında olduğunu gördüm və tez bir zamanda düzəltdim", - deyə Smit bildirib.
Qısa fasilədən sonra meydana qayıdan futbolçular 3 qol vurublar. Yekunda "Sittinqburn" rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu qələbə klubu 140 illik tarixində ilk dəfə kubokun 1/8 final mərhələsinə yüksəldib.
Heybət

-
Sosial22:36Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq verildi
-
MDB22:24Xameneinin məktubu Putinə çatdırıldı
-
MDB21:00Japarov "Qazprom"a sərt xəbərdarlıq etdi
-
Dünya20:36Ayı ana və qızını evlərinin yaxınlığında parçaladı
-
İdman19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR




















.jpg)















.jpg)