İdman
Futbolçuya xərçəng arzulayan hakimə ağır cəza verildi
2024-cü ilin noyabrında keçirilmiş "Milano" – "Pro Sesto" oyununun baş hakimi Qabriyele Kadjari iki il müddətinə diskvalifikasiya olunub.
Publika.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
"Pro Sesto"nun yarımmüdafiəçisi Alessandro Sala qarşılaşma zamanı əvəzlənməsini istəyib və bu qərarını baş hakim tərəfindən təhqiredici ifadələrin işlədilməsi ilə izah edib. Futbolçunun sözlərinə görə, hakim mübahisə zamanı ona xərçəng arzulayıb.
Sala matçdan sonra sosial şəbəkədə mərhum anasının fotosunu paylaşaraq yazıb:
"Fikrimcə, həyat insana duyğular və vacib anlar bəxş edir, amma eyni zamanda sizi sınağa çəkir. Mən sadəcə xəstəlik qarşısında belə güclü və qətiyyətli qalan bir qadının övladlarının üzündə daim təbəssüm görmək üçün hər şeyə sinə gərən bir ananın xatirəsini bir gülümsəmə ilə yad etmək istədim. Son oyunda pis bir şey baş verdi və düşünürəm ki, kiməsə nəsə arzulamazdan əvvəl, sözlərinizin ciddiyyətini dərk etməli və bu barədə düşünməlisiniz, xüsusilə də siz meydanda həmişə hörmət nümayiş etdirməli və qaydalara riayət olunmasını təmin etməli bir şəxssinizsə."
Heybət
-
Magazin119:24"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Hadisə18:00Ağcabədidə dəhşətli qətl: Ər arvadını balta ilə doğradı
-
MDB17:41Məşhur aktrisanı maşın vuraraq öldürdü
-
Elm və təhsil17:22Əməkdar həkimə vəzifə verildi - Foto
-
MDB17:09Turistlər dəhşətli meşə yanğınını belə törətdilər - Video
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq
-
Hadisə15:30Vəfat edən həkimin ölüm səbəbi məlum oldu - FOTO






























.png)

.jpg)






