Balotelli “qızıl unitazdır” - “Parisliləri boğacaqlar”
Bizi izləyin

İdman

Balotelli “qızıl unitazdır” - “Parisliləri boğacaqlar”

Tanınmış rusiyalı şərhçi Vasili Utkin Avropa Liqasının püşkatmasından danışıb.

Publika.az xəbər verib ki, Utkin beşillik fasilədən sonra qatıldığı Çempionlar Liqasındakı uğursuz çıxışı nəticəsində Avroliqada mübarizəni davam etdirən "Liverpul"un problemləri barədə şərh verib. Utkin Balotellinin transferini “dahi səhv” adlandırıb.

"Liverpul"da çox yaxşı məşqçi var. Ümid edirəm ki, Brendan Rocers işini davam etdirəcək. Gözlənilənlərin əksi və “ən dahi səhv” Balotellinin transferi sayılmalıdır. Böyük pullar - 16 milyon funt sterlinq boş-boşuna xərclənib. Balotelli “qızıl unitazdır”.

Şəxsən mən "Mançester Siti" - "Barselona" qarşılaşmasını böyük səbirsizliklə gözləyirəm. PSJ - "Çelsi" oyunu da diqqəti cəlb edən matçlardandır. Məncə parisliləri boğacaqlar. Necə ki, qaydasız döyüşdə ciu-citsu ilə məşğul olan Fabrisiu Verdum Fyodor Yemelyanenkonu boğucu fəndə salmışdı. O, anın şahidi olacağıq".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm