İdman
Arda Turan Türkiyə millisinin üzvünü yanına aparmaq istəyir
“Şaxtyor” 29 yaşlı qapıçı, “Trabzonspor”un və Türkiyə millisinin üzvü Uğurcan Çakırın transferi uğrunda mübarizəyə qoşulub.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, türkiyəli qolkiperlə həmçinin ölkə nəhəngləri “Qalatasaray” və “Fənərbaxça” da maraqlanır. Lakin hazırda favorit klub Fransa təmsilçisi “Monako” hesab olunur.
Fransa təmsilçisi artıq 9 milyon avroluq ilk təklifini göndərib, lakin bu məbləğ rədd edilib. “Trabzonspor” futbolçusunu təxminən 15 milyon avroya satmağı planlaşdırır.
Uğurcan Çakır “Trabzonspor”un yetirməsidir və klubun heyətində 288 rəsmi oyunda meydana çıxıb. Bu qarşılaşmalardan 89-da qapısını toxunulmaz saxlayıb. Milli komandada isə 31 oyunu var.
Xatırladaq ki, Donetsk təmsilçisinin yeni baş məşqçisi türkiyəli Arda Turandır.

-
Region16:19Ter-Petrosyan ahıl yaşında aktiv siyasətə qayıdır?: Sədr seçdilər
-
Digər15:58Sidney terrorunda ölənlərin sayı artdı - VİDEO(YENİLƏNİB)
-
Magazin215:49"Kızılcık şerbeti"nin ulduzu yeni serialda
-
Magazin115:28Fəxrəddin Manafov onun məzarını ziyarət etdi - FOTO
-
Magazin213:19Hollivud ulduzundan maraqlı qərar: Hipnoterapevt sevgilisi ilə...
-
Magazin212:59Podolskaya ideal fiqurasını paylaşdı - FOTO
-
MDB12:38ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
























.jpg)













