UEFA avrokubokların pley-off mərhələsində püşkatmanı ləğv etdi: Bu səbəbdən
Bizi izləyin

İdman

UEFA avrokubokların pley-off mərhələsində püşkatmanı ləğv etdi: Bu səbəbdən

UEFA avrokubokların pley-off mərhələsində püşkatmanı ləğv etdi: Bu səbəbdən

UEFA avrokubok turnirlərində pley-off mərhələsinin (1/16 final) ev sahibi komandalarının müəyyən olunması üçün keçirilən püşkatma prosedurunu ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın "AS" nəşri məlumat yayıb.

Əvvəllər pley-off mərhələsində hansı komandanın cavab oyununu evdə keçirəcəyi püşkatma yolu ilə müəyyənləşdirilirdi. Yeni qaydalara əsasən isə ev sahibi və səfər komandası qrup və ya ümumi mərhələdə tutduqları mövqeyə görə müəyyən olunacaq. Yəni qarşılaşan iki komandadan daha yüksək nəticə göstərən tərəf cavab oyununu öz meydanında keçirəcək.

Dəyişikliklər növbəti mövsümdən etibarən UEFA Çempionlar Liqasına, Avropa Liqasına və Konfrans Liqasına şamil olunacaq. Bu qərar ümumi mərhələnin əhəmiyyətini artırmaq məqsədi daşıyır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm