İdman
“Siti”də Qvardiola dönəmi bitir: Bu tarixdə rəsmən açıqlanacaq
Pep Qvardiola mövsümünün sonunda “Mançester Siti”nin baş məşqçisi postunu tərk edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
55 yaşlı mütəxəssisin gedişinin mayın 24-də, bazar günü rəsmən açıqlanması planlaşdırılır. Məqsəd ispaniyalı mütəxəssisi İngiltərə Kubokundakı qələbəyə həsr olunacaq parad zamanı təntənəli şəkildə yola salmaqdır. Bayram tədbiri mayın 25-də keçiriləcək.
“Şəhərlilər” artıq sponsorlarını da məlumatlandırmağa başlayıblar ki, kataloniyalı çalışdırıcının mövsümün sonunda ayrılması qaçılmazdır.
Qvardiolanı əvəz edəcək namizədlər arasında “Çelsi”nin sabiq baş məşqçisi Entso Mareska və hazırda “Bayern”i çalışdıran Vensan Kompani göstərilir.
Qvardiola 2016-cı ildən “Mançester Siti”də çalışır. Onun müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Mütəxəssis bu müddətdə “səma-mavilər”lə birlikdə ümumilikdə 20 titul qazanıb.
Bununla yanaşı, “Mançester Siti” cari mövsümdə İngiltərə Premyer Liqasının çempionluğu uğrunda mübarizəni davam etdirir.
Müəllif: Tural
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?























.webp)
.jpg)










