Sosial
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Xəzər rayon 92 və 262 saylı tam orta məktəblərində, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsində, Xızı rayon Sitalçay 1 nömrəli və Abşeron rayon Pirəküşkül kənd tam orta məktəblərində, Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbində və Xızı rayonunun sel təhlükəli yaşayış məntəqələrində, Gəncə RM tərəfindən Şəmkir rayon Düyərli kənd 2 nömrəli və Göygöl rayon N.Verdiyev adına Sarısu kənd tam orta məktəblərində, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində, Ağstafa rayon Köçvəlili bələdiyyəsində və 1 saylı Asan Xidmət Mərkəzində, Şimal-qərb RM tərəfindən Ağsu rayon M.Rəhimov adına Musabəyli kənd və H.Hüseynov adına Qaraqoyunlu kənd tam orta məktəblərində, Qarabağ RM tərəfindən Ağcabədi şəhər 7 nömrəli və Bərdə rayon Qullar kənd tam orta məktəblərində, Tərtər şəhər 2 nömrəli məktəb-liseyində, Şimal RM tərəfindən Xaçmaz rayon Xudat şəhər 5 nömrəli ümumi orta məktəbində, Aran RM tərəfindən şəhər Tibb kollecində, Yevlax rayon R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbində, Muğan RM tərəfindən Saatlı rayon Günəşli kənd tam orta məktəbində və Cənub RM tərəfindən Masallı rayon Q.Babayev adına Mahmudavar kənd ümumi orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və sel təhlükəsi ilə əlaqədar zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Region13:23
Köçəryan Paşinyanı hədələdi: Bunu etsən, inqilab olacaq
-
Rəsmi xronika13:14
Qəbələdə Zirvə Görüşü: İlham Əliyev dövlət başçılarını qarşıladı - CANLI/YENİLƏNDİ
-
Rəsmi xronika12:25
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO
-
Sosial12:02
AZAL-ın idarə rəisi vəfat etdi
-
Hadisə11:24
Sərxoş kişini sancan gürzə dərhal öldü: Arvadının qarşısına elə fakt qoydu ki...
-
Hadisə11:12
DYP Şabranda baş verən ağır qəzanın görüntülərini yaydı - VİDEO
-
MDB10:18
Rusiya Kiyev ətrafına terrorçu partizanlar göndərdi: Dəmir yolunu partladıblar
-
Region10:06
Türkiyədən acı xəbər gəldi: 5 ölü, 10-dan çox yaralı