Avropa
Madriddə bina çökdü: Ölənlərin sayı açıqlandı
Madridin mərkəzində təmir işləri aparılan binanın dağıntıları altından iki işçinin cəsədi çıxarılıb.
Publika.az xəbər verir ki, regional fövqəladə hallar xidmətinin məlumatına görə, ölənlərin sayı 4-ə çatıb.
"Yanğınsöndürənlər dağıntıdan sonra itkin düşən 4 nəfərdən ikisinin də cansız cəsədini çıxarıblar. Təmizləmə işləri davam edir", - rəsmi məlumatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, Opera Meydanı yaxınlığında, İlleras küçəsində otelə çevrilməkdə olan bina qismən çöküb.
İlkin məlumatlara görə, faciə zamanı binada 7 fəhlə olub. Üç nəfər dərhal xilas edilib. Dörd nəfər dağıntılar altında qalıb. Xilas edilənlər xəstəxanaya aparılıb. Birinin ayağı sınıb, ikisi isə yüngül xəsarət alıb.
Tural
-
Hadisə21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır






















.jpg)
.jpg)













