Sülh üçün NÖVBƏTİ 48 SAAT - Tramp hələ ümidini üzməyib
Bizi izləyin

ABŞ

Sülh üçün NÖVBƏTİ 48 SAAT - Tramp hələ ümidini üzməyib

İsrail və HƏMAS arasında Misirdə keçiriləcək növbəti 48 saatlıq dolayı danışıqlar Qəzza zolağındakı münaqişənin həlli üçün həlledici olacaq.

Publika.az "Fox News"a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

“Məlumata görə, Prezident Tramp keçmiş amerikalı girov və onun ailəsinə bildirib ki, növbəti 48 saat ərzində aparılacaq danışıqlar həlledici əhəmiyyət daşıyır,” — deyə ABŞ lideri qeyd edib.

Tramp vurğulayıb ki, öz nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Qahirəyə göndərilməsinə nail olub. Onların məqsədi tərəflər arasında razılaşmanın əldə olunmasıdır.

Misir paytaxtında İsrail və HƏMAS nümayəndə heyətləri arasında dolayı danışıqlar aparılır. Bu prosesə Misir, Qatar və Türkiyədən olan vasitəçilər də cəlb olunub. Müzakirələr Donald Trampın irəli sürdüyü sülh planı əsasında aparılır. Plan döyüş əməliyyatlarının dayandırılmasını və uzunmüddətli nizamlanma üçün şəraitin yaradılmasını nəzərdə tutur. ABŞ tərəfi dərhal atəşkəsin elan olunması, girovların dəyişdirilməsi və humanitar dəhlizlərin açılması məsələsində israr edir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qəzza sektorundakı münaqişənin nizamlanması üzrə razılaşmanın yaxınlaşdığını bildirib, girovların geri qaytarılacağına və müharibənin başa çatacağına inamını ifadə edib. O həmçinin qeyd edib ki, İsrail və HƏMAS razılaşma əldə etmək üzrə danışıqların son mərhələsindədirlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm