Sahibləri Premyer Liqa nəhənginə yatırım etdi
Bizi izləyin

İdman

Sahibləri Premyer Liqa nəhənginə yatırım etdi

“Tottenhem” klubu əsas sahibi olan ENIC şirkətindən 100 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi alıb.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Bu investisiya klubun maliyyə vəziyyətini gücləndirəcək və rəhbərliyə uzunmüddətli uğur üçün əlavə resurslar təqdim edəcək. Bu addım, həmçinin, Lyuislər ailəsinin “Tottenhem”ə olan sadiqliyinin göstəricisidir. Biz bu ailənin və klubun gələcəyinin bir hissəsi olmaqdan məmnunuq”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, ENIC 2001-ci ildən “Tottenhem”in sahibidir. 2007-ci ildə şirkət Alan Şuqarın payını da alaraq klubun əsas səhmdarına çevrilib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm