İdman
Rövşən Nəcəf FİFA-nın Daimi Komitələrinə üzv seçildi

FİFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb.
Publika.az xəbər verir ki, FİFA Şurasının keçirilmiş son iclasında 2025-2029-cu illər dövrü üçün qurumun Daimi Komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib.
FİFA Şurasının qəbul etdiyi qərara əsasən, AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub.
Eyni zamanda, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib.
Yeni təyinatlar FİFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.
Heybət
-
Kriminal21:36
Qardaşı tərəfindən bıçaqlanan Camal xəstəxanada ÖLDÜ
-
Elm və təhsil20:30
Azərbaycanlı müəllim ilə bağlı ittihamlar saxta imiş...
-
Ekologiya19:42
FHN-dən küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
-
Nəqliyyat19:05
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
-
Ekologiya18:24
Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan, dolu, qar...
-
Rəsmi xronika18:12
İlham Əliyevin Putinlə təkbətək görüşü keçirildi - VİDEO/YENİLƏNDİ
-
Sosial17:20
Əhalinin nəzərinə: Oktyabrın 10-da...
-
Nida Xəbər 16:11
Putindən qəza açıqlaması: Bütün cavabdeh şəxslər...