Mbappe Azərbaycanla matç haqda: Oynamaq istəyirəm
Bizi izləyin

İdman

Mbappe Azərbaycanla matç haqda: Oynamaq istəyirəm

"Mən oynamaq istəyirəm".

Publika.az xəbər verir ki, bu sözləri Fransa milli komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanla oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.

O, baş məşqçi Didye Deşamın oynamasının lehinə olduğunu bildirib:

"Məşqçi də bunu istəyir. Heç bir böyük problem olacağını düşünmürəm. Özümü yaxşı hiss edirəm. Bu gün məşq edəcəm, bu, son sınaq olacaq. Xüsusi narahatlığım yoxdur".

O, yığmamızla qol vurmaq istəyindən və "xoruzlar"ın tarixinin bombardiri Olivye Jiruya çatma ehtimalından da danışıb:

"Mən hər bir komandaya qol vura bilərəm. Azərbaycan Ukrayna ilə heç-heçə etdi. Hər oyunun öz həqiqəti var. Bu matç İslandiya ilə görüşdən nə az, nə də çox dəyərlidir. Çətinlik dünya çempionatına vəsiqə qazanmaqdır. Riyazi olaraq bitənə qədər mübarizə aparmalıyıq. Hər matçın öz həqiqəti var və sabah biz qalib gəlməliyik.

Düşünürəm ki, Jirunu ötəcəm. Nə vaxt? Bilmirəm, bu haqda çox düşünmürəm. Bəlkə sabah, kim bilir? Ən əsası dünya çempionatına vəsiqə qazanmaqdır. Bu, öz-özünə olacaq, bu baş verəndə sevinəcəm və yoluma davam edəcəm".

Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da saat 23:00-da keçiriləcək.

Heybət

Reklam

Gündəm