“Nyukasl” “Atletiko”nun hücumçusunu hədəfə aldı
Bizi izləyin

İdman

“Nyukasl” “Atletiko”nun hücumçusunu hədəfə aldı

“Atletiko”nun hücumçusu Aleksandr Serlot İngiltərə Premyer Liqası klublarının müşahidəsindədir.

Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, qış transfer pəncərəsində bəzi komandalar heyətini gücləndirmək istəsə də, artıq xərclənən vəsaitlər yeni transferləri satışsız reallaşdırmağı çətinləşdirir. “Atletiko”nun heyətindən gedə biləcək futbolçulardan biri də norveçli Serlotdur.

O, “Real”la 5:2 hesablı qələbədə bir qol vursa da, hələ əsas heyətdə möhkəmlənə bilməyib. Məhz həmin görüş zamanı “Nyukasl” skautlarının hücumçunu canlı izlədiyi bildirilib.

Yayda ingilis klubu Serlotu transfer etmək variantını nəzərdən keçirsə də, o zaman seçim Nik Völtemade və Yoan Vissa üzərində dayanmışdı. Lakin sonuncunun zədəsi səbəbindən “Nyukasl”ın Serlota marağı qalmaqdadır.

Norveçli futbolçunun cari mövsümdə 8 oyunda 2 qolu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm