Dünya
Trampdan KRİTİK BƏYANAT - “Onları NATO-dan çıxarmaq lazımdır”

"İspaniya müdafiə xərclərini artırmaq istəmədiyi üçün NATO-dan çıxarılmalı olacaq".
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında bildirib.
“Bizim bir geridə qalan tərəfimiz var idi, o da İspaniya idi. Bəlkə də, açığı, onları NATO-dan çıxarmaq lazımdır”, - Tramp deyib.
İyun ayında NATO ölkələri müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq barədə razılığa gəliblər ki, bu da müdafiə infrastrukturunun inkişafı üçün 1,5%-ni əhatə edəcək və Ukraynaya hərbi yardımı nəzərə alacaq.
NATO sammitindən sonra İspaniyanın Baş naziri Pedro Sançes bəyan edib ki, Madrid alyansın məqsədlərinə çatmaq üçün ÜDM-nin yalnız 2,1%-ni müdafiəyə xərcləməlidir. Bu, Trampı qəzəbləndirdi.
Daha sonra İspaniyanın Baş nazirindən ABŞ-ın tariflərlə bağlı təhdidindən narahat olub-olmadığı soruşulub. Sançes vurğulayıb ki, İspaniya NATO-dakı müttəfiqlərinə sadiq bir ölkədir, eyni zamanda müstəqil dövlətdir.
Hüseyn İbadlı
-
Sosial07:17
Bu gün leysan yağacaq
-
Səhiyyə05:45
Təhlükəli beyin xərçəngi görün nələri MƏHV EDİR
-
Elm və təhsil05:15
Türk yazıçı Nobel Ədəbiyyat Mükafatına layiq görüldü
-
MDB02:12
Rusiyada "MiQ-31" qırıcısı qəzaya uğradı
-
İdman00:30
Tanınmış şərhçi faciəvi şəkildə öldü - FOTO
-
Qoroskop00:07
Günün ULDUZ FALI - Yanlış anlaşılmalar yaşana bilər
-
Magazin19 Oktyabr 23:24
Bu səhnəmiz qlobal trendə düşdü - VİDEO
-
Sağlamlıq9 Oktyabr 23:00
Bu giləmeyvənin şirəsi beyinə qan axınını ARTIRIR - FOTO