Avropa
Belçikada nə baş verir? - Qoşunlar Brüssel küçələrinə yerləşdiriləcək
Hazırda Brüsseldə təhlükəsizlik sahəsində vəziyyət dramatikləşib.
Publika.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken “Soir” qəzetinə müsahibəsində deyib.
"Mən Brüsseldə təhlükəsizliyin yaxşılaşdırılmasına həmişə açıq olmuşam. Vəziyyət artıq dramatikləşib. Bu, həm təhlükəsizlik baxımından, həm siyasi, həm də sosial baxımdan belədir. Eşitdiklərinizin əksinə olaraq, paytaxtımızın pisləşən vəziyyətindən çox narahatam", - Belçikanın müdafiə naziri deyib.
Franken onu da əlavə edib ki, Belçika paytaxtında küçə təhlükəsizliyi hazırda polisin üzərinə düşür. Bununla belə, nazir ordu qüvvələrinin Brüsselə yerləşdirilməsini istisna etməyib. Nazirin sözlərinə görə, onun prioritet vəzifəsi hərbçilərin hüquqi müdafiəsinin və öz vəzifələrini yerinə yetirmələrinin təmin edilməsidir.
Xatırladaq ki, oktyabrın 9-da Het Laatste Nieuws portalı Belçika polisinin Antverpendə baş nazir Bart de Veverə və bir neçə başqa siyasətçiyə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən üç nəfəri saxladığını yazmışdı.
Tural
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?

























.jpg)


.jpg)










