ÇL oyunundan öncə "Emireyts"də biabırçılıq: "Atletiko" şikayət etdi
Bizi izləyin

İdman

ÇL oyunundan öncə "Emireyts"də biabırçılıq: "Atletiko" şikayət etdi

“Atletiko” futbolçuları Londondakı “Emireyts” stadionunda isti suyun olmaması səbəbindən məşqdən sonra duş qəbul edə bilməyiblər.

Publika.az xəbər verir ki, bu barədə "Marca" və COPE məlumat yayıb.

Mənbələrin sözlərinə görə, futbolçular və klub heyəti “Arsenal”ın arenasında elementar şəraitin təmin olunmamasına görə qəzəbləniblər. İspaniya klubu bu məsələ ilə bağlı UEFA-ya şikayət göndərib.

Qeyd edək ki, “Arsenal” – “Atletiko” oyunu bu gün, oktyabrın 21-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm