Qərar verildi: İsrailli azarkeşlər bu oyuna buraxılmayacaq
Bizi izləyin

İdman

Qərar verildi: İsrailli azarkeşlər bu oyuna buraxılmayacaq

İsrailin “Makabi Təl-Əviv” klubunun azarkeşləri Avropa Liqasının 3-cü turunun “Aston Villa” ilə səfər oyununa bilet ala bilməyəcəklər.

Publika.az xəbər verir ki, bu barədə İsrail klubu məlumat yayıb.

Qərar Birmingem Təhlükəsizlik üzrə Məşvərət Qrupunun (SAG) azarkeşlərin stadiona buraxılmasına qoyduğu qadağanın ləğv olunub-olunmamasından asılı olmayaraq qəbul edilib.

“Məqsədimiz azarkeşlərimizin təhlükəsizliyini və rifahını qorumaqdır. Keçmiş hadisələrdən nəticə çıxararaq, səfər oyununa bilet satışından imtina etdik. Qərarımız da məhz bu kontekstdə anlaşılmalıdır”, – klubun bəyanatında bildirilib.

Daha əvvəl Vest-Midlends qraflığının polisi İsraildən olan azarkeşlərə “Aston Villa” – “Makkabi” oyununa qatılmağı qadağan etmişdi. Polis bu qərarı mövcud təhlükəsizlik vəziyyəti ilə izah edib və daha əvvəl baş vermiş zorakılıq və nifrət zəminində olan hadisələri xatırladıb.

Qarşılaşma noyabrın 6-da Birmingemdə keçiriləcək.

Qeyd edək ki, 2024-cü ilin noyabrında Avropa Liqasında “Ayaks”la oyundan sonra israilli azarkeşlərə hücum edilmişdi.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm