Keyndən unikal rekord: Nə Messi, nə də Ronaldo bunu bacarıb
Bizi izləyin

İdman

Keyndən unikal rekord: Nə Messi, nə də Ronaldo bunu bacarıb

“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Brügge”yə qarşı oyunda fərqlənib.

Publika.az xəbər verir ki, bu, ingilis futbolçunun mövsümün əvvəlindən bəri bütün turnirlərdə keçirdiyi 12 oyunda vurduğu 20-ci qol olub.

"Opta Sports"un məlumatına görə, futbol əfsanələri və bir çox qol rekordlarının sahibləri Lionel Messi və Kriştiano Ronaldo klub karyerası ərzində bu qədər qolu belə qısa müddətdə vura bilməyib.

Qeyd edək ki, görüş "Bayern"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm