Tanınmış məşqçi vəfat etdi: Görün kimlərin müəllimidir
Bizi izləyin

İdman

Tanınmış məşqçi vəfat etdi: Görün kimlərin müəllimidir

İtaliyalı tanınmış məşqçi Covanni Qaleone 84 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, futbolçu kimi karyerasının ən yaxşı illərini “Udineze” klubunda keçirən Qaleone 1974-2007-ci illər arasında məşqçilik fəaliyyəti ilə məşğul olub. O, “Udineze”, “Peskara”, “Peruca” və “Napoli” kimi bir çox komandaya rəhbərlik edib.

Qaleone ilk ciddi uğurlarını “Peskara” ilə qazanıb. O, 1987-ci ildə komandanı B seriyasında çempion edib və ardından elitada saxlamağı bacarıb. Məhz bu klubda o, Massimiliano Alleqrinin istedadını üzə çıxarıb. Sonradan Alleqri Qaleonenin özünün mənəvi müəllimi olduğunu bildirib.

Covanninin yetirmələri arasında həmçinin “Peskara”da onun rəhbərliyi altında kapitan olmuş Can Pyero Qasperini və Marko Kamparlo da yer alır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm