İdman
Mayaminin açarı Messiyə verildi - FOTO
Mayami meri Frensis Suares “İnter Mayami”nin və şəhərin inkişafına verdiyi töhfələrə görə Lionel Messini simvolik açarla təltif edib.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mərasim Amerika Biznes Forumu çərçivəsində “Kaseya Center”də keçirilib. Məhz burada argentinalı futbolçuya şəhərin simvolik açarı təqdim olunub. Suares tədbirdə çıxışı zamanı deyib:
“Bu açarı sizə təqdim etmək istəyirəm. Şəhərimiz, ölkəmiz və ümumilikdə futbol üçün etdiklərinizə görə”.
Xatırladaq ki, çoxsaylı “Qızıl top” sahibi Messi 2023-cü ilin yayında “İnter Mayami”yə qoşulub. O, bu müddətdə MLS-in müntəzəm çempionatını və 2023-cü il Liqalar Kubokunu qazanıb. Bundan başqa, 2024-cü ildə ABŞ prezidenti tərəfindən Azadlıq Medalı ilə təltif olunub.
Messi 2025-ci il MLS mövsümündə 28 oyunda 29 qol və 16 məhsuldar ötürmə ilə çıxış edib, liqanın ən məhsuldar futbolçusu olub.
Heybət

-
Rəsmi xronika16:13İlham Əliyev üç fərman imzaladı
-
Sosial15:50Müəllim və həkimlərin pensiya yaşı artırılır? - Deputatlar açıqladı
-
İdman15:03“Qarabağ” pley-offa vəsiqə qazanacaq? - Bukmekerlər əminliklə deyirlər ki...
-
Nida Xəbər 14:45Paşinyan Türkiyə və Azərbaycana yenə mesaj göndərdi: Hazırıq
-
Kriminal13:52“Tərtər işi”ndə təqsirləndirilən generalla bağlı qərar verildi
-
Region12:53Azərbaycandan gedən ilk qatar Ermənistana daxil oldu - FOTO
-
İdman12:34Rəhbərlikdən jest: "Qarabağ"lılar "Çelsi" ilə oyuna görə bu qədər mükafat alacaqlar
-
İdman12:12Mahsun Kırmızıgül “Qarabağ”dan yazdı - FOTOFAKT










.jpg)
_1200.webp)











.jpg)













