İdman
Ronaldonu bu cəza gözləyir
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo yalnız 2026-cı il dünya çempionatının seçməsinin son matçını deyil, həm də mundialın startını buraxa bilər.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
İrlandiya ilə oyunun ikinci hissəsində Ronaldo cərimə meydançasında mövqe uğrunda mübarizə zamanı rəqibinə dirsəklə zərbə endirib. Hakim əvvəlcə 40 yaşlı futbolçuya sarı vərəqə göstərsə də, VAR-a baxdıqdan sonra onu meydandan qovub.
40 yaşlı forvardı üçmatçlıq diskvalifikasiya təhlükəsi gözləyir. Bu isə “aqressiv oyun və ya rəqibə hücum, xüsusilə dirsək zərbələri” səbəbindən dünya çempionatının ilk iki oyununu buraxa biləcəyi anlamına gəlir.
Bir neçə dəfə “Qızıl top” mükafatının qalibi olmuş futbolçu millidə keçirdiyi 226 oyunda ilk dəfə qırmızı vərəqə alıb.
Portuqaliya matçı 0:2 hesabı ilə uduzsa da, F qrupunun lideri olaraq qalır və 10 xalı var. 7 xala malik İrlandiya isə üçüncü pillədədir.
Portuqaliya millisi növbəti oyununu noyabrın 16-da səfərdə Ermənistanla keçirəcək. Matçın start fiti Bakı vaxtı ilə 18:00-a təyin edilib.
Heybət
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO



































