"Siti"nin yeni hədəfi müəyyənləşdi
Bizi izləyin

İdman

"Siti"nin yeni hədəfi müəyyənləşdi

"Mançester Siti" "Nyukasl"ın sağ cinah müdafiəçisi Valentino Livramento ilə maraqlanmağa davam edir.

Publika.az xəbər verir ki, "şəhərlilər" 23 yaşlı futbolçunu gələn qış transfer pəncərəsində almağa cəhd göstərə bilər. Bu barədə "TEAMtalk" məlumat yayıb.

Bildirilir ki, "Mançester Siti" Livramento transferinə yalnız pul deyil, həm də qapıçı Ceyms Traffordu daxil etməyə hazırdır. Qeyd olunur ki, "sağsağanlar" 23 yaşlı qolkiperə maraq göstərir. "Nyukasl" "Mançester Siti" yetirməsi ilə təmasda olub.

Trafford ötən yay "şəhərlilər"ə keçib və Canluici Donnarumma ilə rəqabətdə uduzub. İngiltərəli qapıçı cari mövsümdə bütün turnirlərdə 450 dəqiqə meydanda olub. Qolkiperin klubla mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm