Dünya
Türkiyədən Yunanıstana sərt reaksiya: Bu qanunsuzdur
Türkiyə Avropa Komissiyasının Dəniz Məkan Planlaşdırması (DMP) Platformasında yayımlanan Yunanıstan xəritəsini tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bəyanat yayıb.
O bildirib ki, bu xəritə Türkiyənin Egey və Şərqi Aralıq dənizindəki dəniz yurisdiksiyasını pozur və Ankara bunu rədd edir.
Keçelinin sözlərinə görə, Türkiyə 16 apreldə milli DMP-ni elan edib və 12 iyunda UNESCO-ya məlumat verib. Lakin Avropa Komissiyasının saytında yerləşdirilən Yunanıstan xəritəsi, eksklüziv iqtisadi zona (EEZ) kimi göstərilir. Türkiyə isə buna qanunsuz cəhd kimi baxır.
Sözçü xatırladıb ki, Türkiyə 18 mart 2020-ci ildə Şərqi Aralıq dənizində kontinental şelfinin sərhədlərini BMT-yə bildirib. Ona görə də Yunanıstanın xəritədə göstərdiyi EEZ əslində Türkiyənin kontinental şelfinə aiddir.
Roza
-
Nida Xəbər 15:14Ermənistan Bakıya onları göndərib - SİYAHI
-
Hadisə14:30Bakıda otelin qarşısında faciə: 4 nəfər öldü - YENİLƏNDİ
-
Hadisə13:57Polkovnik Yaqub Əhədovu maşın vurub öldürdü
-
Sosial12:56Vergi Məcəlləsinə və 16 qanuna dəyişikliklər ilk oxunuşda qəbul edildi
-
İdman12:15AFFA prezidenti qərar verdi: Milli komanda ona tapşırılır
-
Rəsmi xronika12:08İlham Əliyev sərəncam imzaladı
-
İdman11:33Ronaldonu Ağ Evlə birləşdirən sirr: Atası ona bu adı kimin şərəfinə verib?
-
Dünya10:49Müəllim bu zarafata görə işdən qovuldu və... - FOTO



































