İdman
Laportanın yeni rıçaqı: Qələmi görün neçəyə satır – FOTO
“Barselon”anın fanşopunda azarkeşlər arasında müzakirələrə səbəb olan yeni aksesuar peyda olub.
Publika.az xəbər verir ki, klubun rəsmi mağazasının səhifəsində 190 avro dəyərində gümüş rəngli qələm satışa çıxarılıb.
Təsvirə görə, bu, 925 əyarlı gümüşdən hazırlanmış, yüksək cilalanmış səthə sahib elit aksesuardır. Üzərində düymə, qısqac və əlavə möhkəmlik verən polad ucluq var.
Məhsulun ölçüsü 13,7 sm, çəkisi isə 24 qramdır. Klubun sözlərinə görə, bu əşya “Barselona azarkeşi üçün ideal hədiyyə” ola bilər.
Lakin fanatlar yeniliyi o qədər də həvəslə qarşılamayıblar. Postun şərhlərində çoxu qiymətə təəccübləndiklərini yazır və klubun maliyyə çətinliklərindən çıxmaq üçün hər yola əl atdığına işarə edən “Laportanın yeni rıçağı” kimi zarafatlar edirlər.
Bu arada həmin mağazada daha adi bir variant – 20 avroya satılan metal qələm də mövcuddur.
Xatırladaq ki, hazırda “Barselona”nın ümumi borcu dünya futbolu üçün rekord səviyyəyə çatıb və təxminən 1,5 milyard avro təşkil edir.
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı



































