İdman
Fransız gözəl bir il sonra peyda oldu: Əməliyyat onu necə dəyişib? - FOTOLAR
Çox az adam Osyan Dodenin tennis karyerasındakı uğurları haqqında eşidib, lakin bir neçə həftə əvvəl fransalı idmançı sosial şəbəkələrdə böyük rezonans doğurub.
Publika.az xəbər verir ki, buna səbəb onun uzun fasilədən sonra korta qayıtması və xarici görünüşündəki nəzərəçarpan dəyişikliyin izləyicilərin diqqətini çəkməsi idi.

2024-cü ilin dekabr ayının ortasında Osyan Limojdakı ev turnirində ilk mərhələdə isveçrəli Selin Nefə uduzdu və sözün əsl mənasında gözdən itdi. Fransalı tennisçi daxili qulaqla bağlı 10 ildən çoxdur davam edən səhhət problemlərini həll etmək üçün karyerasına fasilə verdi. Bu narahatlığa görə başı gicəllənirdi, ona görə də 2024-cü ilin sonlarında yalnız qapalı kortlarda oynamağa üstünlük verirdi. Burada özünü nisbətən yaxşı hiss edirdi. O bildirirdi ki, açıq kortlarda çıxış edə bilmir, çünki gözündə hər şey üçqat görünür və topu üç ədəd kimi görür. Havanın isti və günəşli olduğu vaxtlarda bu vəziyyət daha da ağırlaşırdı.

Demək olar ki, bir il Osyan korta çıxmadı. Yalnız sentyabrın sonunda Reyms turnirində iştirak etdi və orada 1/4 finala qədər irəlilədi. Səhhətindəki problem tam həll olunmasa da, tennisçi vəziyyətinin əvvəlkindən xeyli yaxşı olduğunu deyir.
Məcburi fasilə zamanı Osyan uzun müddətdir arzuladığı bir qərarı reallaşdırıb. O, sinəsini böyütmək üçün estetik əməliyyat etdirib. Niyə məhz indi? Çünki yarışlar ard-arda davam edərkən belə əməliyyatı etmək mümkün deyildi. İmplant qoyulduqdan sonra 2 ay aktiv idmanla məşğul olmaq olmazdı.

Doden bununla bağlı belə deyib: “Qərara gəldim ki, əməliyyatı karyeranı bitirdikdən sonra yox, məhz indi edim. Hamı mənə deyirdi ki, artıq oynaya bilməyəcəksən. Elə bil özümə qarpız qoydurmuşam! Bəli, sinəm kiçik deyil, amma oyun zamanı heç narahat etmir”.
Güman etmək olar ki, Osyan sinəsində implantlar ilə çıxış edən ilk tennisçidir.

Doden 24 oktyabr 1996-cı ildə Lill şəhərində anadan olub və bu yaxınlarda 29 yaşını qeyd edib. O, böyük tennisdə ilk görüşünü 2011-ci ildə - cəmi 15 yaşında olarkən keçirib və debüt mövsümünü WTA reytinqində 1170-ci yerdə tamamlayıb. Osyanın aktivində bir WTA titulu var. 2016-cı ildə Kvebekdəki sərt örtüklü turnirdə qələbə qazanıb. Kanadadakı bu uğur ona karyerasının ən böyük mükafatını - 43 min dollar qazandırıb. Bundan əlavə, tennisçi ITF turnirlərində 17 titul əldə edib. WTA reytinqində ən yüksək göstəricisi isə 2017-ci ildəki 46-cı yerdir.





-
Sosial12:55Azərbaycanda daha bir erkən nikahın qarşısı alındı
-
Köşə12:26Ermənini qucaqlayan Əfəndidən şəhid qəbri qucaqlayan analara hörmətsizlik
-
Rəsmi xronika12:14İlham Əliyevin 8 yaşında çəkdiyi - RƏSM
-
İdman11:42"Neftçi"nin istədiyi məşqçi Bakıya gələ bilmir: Qadağa qoyulub
-
Sosial11:09Bakının bu ərazilərində qaz olmayacaq
-
Hadisə10:15Bakıdakı güclü partlayışın baş verdiyi ərazidən görüntülər
-
Dünya09:32Serkan Bolatın heyranı olan rus qadın itkin düşüb: Oğlunu da götürüb...
-
İdman09:13Ronaldo elə qol vurdu ki... - VİDEO









.webp)




.jpg)














_(3).jpg)




