İdman
Arağı reklam edən erməni futbolçu İranı bir-birinə vurdu
İranın "İstiqlal" klubunun müdafiəçisi Armin Zöhrabyan internetdə yayılan videoya görə müvəqqəti olaraq komandadan kənarlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Kadrlarda erməni əsilli futbolçunun əlində spirtli içki olan stəkan tutması ölkə rəhbərliyinin sərt reaksiyasına səbəb olub, çünki İranda alkoqol istifadəsi qəti şəkildə qadağandır. Məsələ "İstiqlal"ın intizam komitəsinə göndərilib. Araşdırma başa çatana qədər Zöhrabyan komandanın məşqlərindən uzaqlaşdırılıb.
30 yaşlı futbolçu sosial şəbəkələrdə üzr istəyib. O bildirib ki, sözügedən video bir neçə il əvvəl çəkilib və indi onun düşməni tərəfindən yayılıb.
Armin Zöhrabyan bu ilin yanvarında "İstiqlal" a qoşulub.
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı




































