İdman
Emin Mahmudovla Kamran Ağayevin oynadığı köklü klub dağılır
Portuqaliyanın "Boavişta" klubu iflas həddinə yaxınlaşır.
Publika.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Əvvəlcə məlum olub ki, "ağ-qaralar" maliyyə problemləri səbəbindən Portuqaliya futbolunun ikinci, üçüncü və ya dördüncü liqasında çıxış üçün lisenziya ala bilməyib. Yaranmış vəziyyətlə əlaqədar "Boavişta" regional liqada çıxış etməyə məcbur olub, lakin oktyabr ayında ardıcıl texniki məğlubiyyətlər səbəbindən yarışdan imtina edib.
Dünən "Boavişta" təsdiqləyib ki, Vila-Nova-di-Gaya şəhərinin məhkəməsinə klubun çoxsaylı borclar əsasında ləğvi üçün ərizə daxil olub.
122 illik tarixi olan klub rəhbərliyi bildirib ki, strukturu qorumaq üçün cəhd göstərəcək, beləliklə, yetirmələrini klubun infrastrukturu ilə təmin etmək imkanından məhrum etməyəcək.
"Boavişta" 2001-ci ildə Portuqaliya çempionu olub, ölkə kubokunu 5 dəfə qazanıb və 3 dəfə superkuboku qazanıb.
Qeyd edək ki, azərbaycanlı futbolçular Kamran Ağayev (karyerasını bitirib) və Emin Mahmudov 2016/17-ci illər mövsümündə "Boavişta"da çıxış edib.
Heybət
-
Sosial14:32Fəzail Ağamalının nəvəsi ilə bağlı yayılan videoya oğlundan REAKSİYA
-
Dünya14:08İmran Xan öldürüldü - Şok iddia
-
İdman14:06Corcina Qətərdən paylaşdığı FOTOLARLA hər kəsi heyran etdi
-
İdman13:42Qurban Qurbanov Avropa klubuna keçir? - Tanınmış ekspertdən ŞOK İDDİA
-
Sosial13:06Fəzail Ağamalının nəvəsinin ŞOK GÖRÜNTÜLƏRİ - İDDİA / VİDEO
-
MDB11:36Putin bu ölkədə türk dilində danışdı - VİDEO
-
Kriminal11:25Ginekoloq xəstələri çılpaq halda videoya çəkirmiş
-
MDB10:36Rusiya bütün qüvvələrini bu şəhərin ətrafına yığıb - Ukraynadan reaksiya: Tuta bilməyəcək





























_(3).jpg)






