Sosial
“Gün ortası” verilişinə görə “ATV” kanalına xəbərdarlıq edildi
26 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "ATV" televiziya kanalının efirində 13 noyabr 2025-ci il tarixdə yayımlanan "Gün ortası" proqramında baş vermiş hal müzakirə olunmuşdur.
Audiovizual Şuradan Publika.az-a verilən məlumata görə, qeyd olunan proqramda qonaq qismində dəvət edilmiş şəxs studiyada aparıcıya məsafədən "enerji ötürmə" üsulunu tətbiq etmiş, aparıcı isə seansdan sonra bu hərəkətləri müsbət formada qiymətləndirmişdir.
Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Reklam haqqında" Qanunun 29.8-ci maddəsinin (kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir) pozulması kimi qeydə alınmışdır. Həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu kimi təsdiq olunmuşdur.
Audiovizual Şuranın üzvləri məsələni ətraflı müzakirə etmiş və yekdilliklə belə qənaətə gəlmişlər ki, proqramda nümayiş etdirilən məsafədən "enerji ötürmə seansı" və aparıcının bu "seans"a müsbət reaksiyası həmin üsulun müalicəvi xüsusiyyətə malik olması barədə təsəvvür yarada bilər. Bu isə, "Reklam haqqında" Qanunun 29.8-ci maddəsində təsbit olunan – kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklam edilməsinə yol verilməməsi tələbinin pozulması kimi qiymətləndirilmişdir. Həmçinin, aparıcının nümayiş olunan hərəkətlərin mümkün müalicəvi təsirinə dair fikirləri təşviq edən ifadələr işlətməsi, faktiki olaraq qanunvericiliyin qeyd olunan normasına zidd olaraq belə təsirlərin reklamına şərait yaradan hal kimi dəyərləndirilmişdir.
Sonda Audiovizual Şuranın üzvləri kanalın efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq "ATV" televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlmiş, bütün yayımçılardan proqramların yayımı zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunmuşdur.
-
Sosial14:32Fəzail Ağamalının nəvəsi ilə bağlı yayılan videoya oğlundan REAKSİYA
-
Dünya14:08İmran Xan öldürüldü - Şok iddia
-
İdman14:06Corcina Qətərdən paylaşdığı FOTOLARLA hər kəsi heyran etdi
-
İdman13:42Qurban Qurbanov Avropa klubuna keçir? - Tanınmış ekspertdən ŞOK İDDİA
-
Sosial13:06Fəzail Ağamalının nəvəsinin ŞOK GÖRÜNTÜLƏRİ - İDDİA / VİDEO
-
MDB11:36Putin bu ölkədə türk dilində danışdı - VİDEO
-
Kriminal11:25Ginekoloq xəstələri çılpaq halda videoya çəkirmiş
-
MDB10:36Rusiya bütün qüvvələrini bu şəhərin ətrafına yığıb - Ukraynadan reaksiya: Tuta bilməyəcək




























_(3).jpg)






