İdman
Əfsanə anasının sözü ilə 50 milyonluq müqavilədən imtina edib: Səbəbi görün nədir
Basketbol əfsanəsi Şakil O’Nil karyerasının başlanğıcında anasının məsləhəti ilə “Reebok” ilə 50 milyon dollar dəyərində müqaviləni rədd etdiyi hekayəni danışıb.
Publika.az xəbər verir ki, bunun səbəbi bir oyun sonrası onun idman ayaqqabısının yüksək qiymətinə etiraz edən bir fanatın anası ilə söhbət olub.
1992-ci ildə O’Nil “Reebok” üçün ilk “Shaq Attaq” ayaqqabı modelini təqdim edib. Ayaqqabılar yaxşı satılırdı, ta ki bir oyun sonrası bir qadın oğlunu gətirib ona yaxınlaşana qədər.
“Bu əziz xanım oğlunu gətirdi. Mən düşündüm ki, avtoqraf istəyir. Amma o dedi: “Siz uşaqlarımızı bu ayaqqabılar üçün böyük pullar ödəməyə məcbur edirsiniz”. Bilirsiniz, biz necə böyüdülmüşük, böyüklərə qarşı çıxmaq olmaz. Mən evə getdim və anamla danışmaq istədim. Düşünürdüm ki, o mənim tərəfimdə olacaq, amma o dedi: “Uşaq və qadın haqlıdır. Sənin ayaqqabılar həqiqətən çox bahadır. Unutma, sənin heç vaxt 40 dollardan baha ayaqqabıların olmayıb”, – deyə basketbol əfsanəsi bildirib.
Bu söhbətdən sonra “Orlando Mecik”in mərkəz oyunçusu “Reebok” ilə müqaviləni 50 milyon dollarlıq təklifə rəğmən yeniləməməyə qərar verib. Bunun əvəzinə o, öz müstəqil markasını yaradıb və əlçatan ayaqqabı istehsalına fokuslanaraq onları “Walmart” vasitəsilə satmağa başlayıb.
Bu gün “Shaq” brendi 470 milyondan çox cüt ayaqqabı satıb və şirkətin idarəsi onun oğlu Şarifə keçib.
-
Magazin119:24"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Hadisə18:00Ağcabədidə dəhşətli qətl: Ər arvadını balta ilə doğradı
-
MDB17:41Məşhur aktrisanı maşın vuraraq öldürdü
-
Elm və təhsil17:22Əməkdar həkimə vəzifə verildi - Foto
-
MDB17:09Turistlər dəhşətli meşə yanğınını belə törətdilər - Video
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq
-
Hadisə15:30Vəfat edən həkimin ölüm səbəbi məlum oldu - FOTO






























.png)

.jpg)






