İdman
Slot Salahla bağlı sükutu pozdu: Siz deyirsiniz ki...
Baş məşqçi Arne Slot komandanın aparıcı futbolçusu Məhəmməd Salahla yaşanan gərginlik fonunda geri addım atmağı düşünmür.
Publika.az xəbər verir ki, bu barədə niderlandlı mütəxəssis Çempionlar Liqasında "İnter" üzərində qazanılmış qələbədən sonra danışıb.
"Yaxşı, siz deyirsiniz ki, həyatda hər kəs səhv edir, amma sual olunur ki, bunu oyunçular da etiraf etməlidir? Bəs təşəbbüs oyunçudan olmalıdır, yoxsa məndən?"
Xatırladaq ki, İngiltərə çempionatında "Liverpul"un son dəqiqələrdə qələbəni əldən verdiyi və Salahın 90 dəqiqə ehtiyatda qaldığı "Lids"lə oyundan sonra (3:3) misirli hücumçu mətbuat qarşısına çıxaraq klubun və xüsusilə baş məşqçinin ona münasibətinin qəfil dəyişdiyini anlamadığını bildirmişdi.
Daha sonra komandanın kapitanı Vircil van Deyk paltardəyişmə otağında Salahın əsas heyətə qaytarılmasını və Slotun istefasını tələb edən futbolçularla qapalı görüş təşkil edib.
33 yaşlı misirli hücumçunun artıq yanvarda klub rəhbərliyindən qarşılıqlı razılaşma əsasında müqavilənin ləğvini istəmək niyyətində olduğu iddia olunur.
Qeyd edək ki, cari mövsümdə Məhəmməd Salah "Liverpul"un heyətində 19 oyun keçirib, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
-
Region14:09Laricaninin qızı ABŞ universitetindən qovuldu
-
Magazin213:2856 yaşlı Cennifer Lopez alış-verişə büsqaltersiz gəldi - FOTOLAR
-
Magazin212:07Keçmiş "VİA Qra"çı elə açıq-saçıq foto paylaşdı ki... - FOTO
-
Sosial10:55Sumqayıtda almaları müsadirə edən məmuru belə biabır etdilər - VİDEO
-
MDB10:44Riskə gedərək körpəni batan maşından belə çıxardılar - VİDEO
-
Region10:13Bələdiyyədə korrupsiya əməliyyatı: Səkkiz nəfər həbs edildi
-
Hadisə09:32Samuxda avtobus aşdı, ölən və xəsarət alanlar var
-
İqtisadi gündəm09:21Hansı sahədə çalışanların pensiyası arta bilər?




































