İdman
Beynəlxalq dağ xizəyi turnirinə yekun vuruldu - FOTO
Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin 3-cü gününün yarışları keçirilib.
Publika.az xəbər verir ki, turnirin sonuncu günündə idmançılar dağ xizəyinin slalom kateqoriyasında mübarizəyə qoşularaq birincilik uğrunda yarışıblar.
Yarışın nəticələrinə əsasən, Qazaxıstan idmançısı Kseniya Brejnaya 1-ci, bu ölkənin digər təmsilçisi Dalel Talkunova 2-ci, Özbəkistan xizəkçisi Kseniya Qriqoreva isə 3-cü yerə sahib olublar.
Qeyd edək ki, “Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan müxtəlif yaş kateqoriyalarını əhatə edən 25 qadın idmançı iştirak edib.
Yarışlarda ölkəmizi dağ xizəyi üzrə idmançı Anastasiya Papatoma təmsil edib.
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI










.jpg)








.jpg)

















