"Siti"nin yeni transferindən unikal nailiyyət: 17 il sonra...
Bizi izləyin

İdman

"Siti"nin yeni transferindən unikal nailiyyət: 17 il sonra...

“Mançester Siti” İngiltərə Liqa Kubokunun yarımfinalında səfərdə “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, qollardan birinin müəllifi “şəhərlilər”in cəmi bir həftə əvvəl “Bornmut”dan transfer etdiyi vinger Antuan Semenyo olub. Yeni futbolçu ardıcıl ikinci oyunda fərqlənib. O, daha əvvəl klubdakı debüt matçında – İngiltərə Kubokunda “Ekseter”lə qarşılaşmada (10:1) da rəqib qapısına yol tapıb.

Beləliklə, Semenyo 2009-cu ildən sonra “Mançester Siti”də komandadakı ilk iki oyununda qol vuran ilk futbolçu olub. Sonuncu dəfə bunu Emmanuel Adebayor bacarıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm