İdman
Konte cəzalandırıldı
"Napoli"nin baş məşqçisi Antonio Konte A Seriyasında iki oyunluq diskvalifikasiya edilib.
Publika.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Konte 20-ci turun "İnter"lə matçının (2:2) ikinci hissəsində, neapolluların qapısına penalti təyin edildikdən sonra özündən çıxıb.
Məşqçi əsəbindən yan xətt yaxınlığında topa zərbə endirib və bu, onun meydandan qovulmasına səbəb olub. Lakin meydanı tərk etməzdən əvvəl Konte yerə şüşə atıb və ehtiyat hakimə tərəf qışqırıb.
İki oyunluq diskvalifikasiya ilə yanaşı, Antonio Konte 15 min avro məbləğində cərimələnib.
Beləliklə, Konte İtaliya çempionatında "Parma" (14 yanvar) və "Sassuolo" (17 yanvar) ilə keçiriləcək matçlarda komandasına rəhbərlik edə bilməyəcək.
Heybət
-
Region12:06Azərbaycanlı futbolçu və həyat yoldaşı İrandakı etiraz aksiyasında öldü - FOTO
-
Qoroskop12:00İlin ən şanslı bürcləri: Növbəti bir neçə ay ərzində...
-
Nida Xəbər 11:21"Referans”ın dövlət qurumları ilə dərman biznesi - ARAŞDIRMA
-
Sosial11:00Bu şəxslər üçün ayrılmış sosial yardımlar dayandırılır - RƏSMİ
-
Dünya09:18İrana hücum ssenarisi: ABŞ-ın planı sual altındadır
-
Magazin109:12Fərqanə Qasımovadan qızının toyunda qadağa
-
Nəqliyyat09:00Ölkənin əsas yollarında vəziyyət necədir? - AAYDA hərəkətə keçdi
-
Pul07:47"Bitcoin" KƏSKİN BAHALAŞDI




































