İdman
Ronaldo ərəbləri boykot edir: Benzema məsələsi aranı qatdı
"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatında "Əl-Riyad"a qarşı keçiriləcək oyunu buraxmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Portuqaliyalı futbolçu klubla işləyən Dövlət İnvestisiya Fondunun fəaliyyətindən narazıdır və onun meydana çıxmaqdan imtinası da məhz bununla əlaqələndirilir.
Məşhur insayder Fabritsio Romano da Ronaldonun bu gün keçiriləcək matçda iştirak etməyəcəyini təsdiqləyib və ulduz futbolçunun sağlamlıqla bağlı heç bir probleminin olmadığını qeyd edib. Yaxın vaxtlarda bu qərarla bağlı daha ətraflı məlumatların açıqlanacağı gözlənilir.
"Əl-Nəsr"in hücumçusunun tək narazılığı bu deyil. Ronaldo Kərim Benzemanın "Əl-İttihad"dan "Əl-Hilal"a mümkün keçidindən də narazıdır. Fransalı futbolçu klubun ona təklif etdiyi yeni müqavilə şərtlərini alçaldıcı hesab edib və bu səbəbdən komandadan ayrılmaq qərarına gəlib. 38 yaşlı futbolçu üçün əsas namizəd isə yerli "Əl-Hilal" sayılır.
Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, Ronaldo bu transferə qarşı çıxır. Portuqaliyalı ulduz hesab edir ki, Benzemanın "Əl-Hilal"a keçidi Səudiyyə Ərəbistanı çempionatında ədalətli rəqabətə zərbə vura bilər.
Heybət
-
Dünya20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin görüntüləri - Foto
-
Nəqliyyat19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Sosial18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı
-
Nida Təhlil 16:00Paşinyan Putinin üzünə “ağ oldu”: “Paks Rusiya” dönəmi bitir?
-
Yaxın Şərq15:54Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq












.jpg)



.jpg)


















