İdman
22 yaşlı idmançı faciəvi şəkildə öldü
Avstraliyalı snoubordçu Ella Bruk Yaponiyada dağ xizək kurortunda baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat yayıb.
Məlumata görə, 22 yaşlı Bruk xizək qaldırıcıda yaranan qəzadan aldığı xəsarətlər səbəbindən həyatını itirib. Kurortun nümayəndələrinin sözlərinə görə, Brukun çantasının bel qayışı bərkidilmədiyi üçün qaldırıcı oturacağına ilişib, lakin sinə qayışı bağlı qalıb. Nəticədə çanta onu qar üzərində sürüyüb və idmançı havada asılı qalıb.
Kurortun əməkdaşı fövqəladə vəziyyət düyməsini basaraq qaldırıcıyı dayandırıb. Brukda ürək dayanması baş verib. Ona dərhal təcili tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Avstraliya Xarici İşlər və Ticarət Nazirliyi idmançının ölümünü təsdiqləyib və Ella Brukun ailəsinə konsulluq dəstəyi göstərdiyini açıqlayıb.
-
İdman22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi



































