İdman
"Əl-Nəsr" Ronaldonun yerinə Salahı gətirir: Fantastik maaşa
"Liverpul"un hücumçusu Məhəmməd Salah 2026-cı ilin yayında Kriştiano Ronaldonu əvəzləmək üçün "Əl-Nəsr"ə keçəcəyi halda yüksək məvacib ala bilər.
Publika.az xəbər verir ki, Ər-Riyad klubu onun maaşını üçqat artırmağı planlaşdırır. Nəticədə misirli ulduz həftədə təxminən 1,4 milyon avro qazana bilər. Bu barədə "The Mirror" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı klubu və yerli liqanın rəhbərliyi 41 yaşlı portuqaliyalı ulduzu əvəzləməkdə maraqlıdırlar. Ronaldo isə liqada maliyyənin ədalətsiz bölüşdürülməsindən narazı qaldığı üçün "Əl-Nəsr"lə müqaviləni pozmaqla hədələyir.
Qeyd edək ki, 33 yaşlı Salah 2025/26 mövsümündə keçirdiyi 25 oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib. O, 2017-ci ilin iyulundan "Liverpul"un formasını geyinir. Futbolçunun klubla müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. "Transfermarkt" portalı Salahın transfer dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
-
MDB12:37Tokayev superprezidentlik rejiminin sonunu elan etdi: Ölkəni kim idarə edəcək?
-
İqtisadi gündəm12:12Çörək bahalaşdı - Foto
-
Nida Xəbər 11:41Dünənki sərəncamla bu qədər şəxsin pensiyası artırıldı
-
Nida Xəbər 11:04Milli Məclisin iclası keçirilir
-
İdman10:32Ceyk Olimpiya çempionu olan sevgilisini belə təbrik etdi: Qucağına aldı və... - VİDEO
-
Sosial10:23Güllələnən müəllimin son durumu açıqlandı
-
Nəqliyyat08:37Hazırda Bakı yollarındakı vəziyyət - Foto
-
Magazin107:35Xoşqədəmin qısqanclıqla bağlı açıqlaması “Survivor”da müzakirələrə səbəb oldu







.jpg)









.jpg)



















