İdman
"Nyukasl"ın futbolçuları "Qarabağ"la oyunda nəyin üstündə mübahisə ediblər?
"Nyukasl"ın "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda komanda daxilində insident yaşanıb.
Publika.az xəbər verir ki, vinger Entoni Qordon və kapitan, müdafiəçi Keran Trippye diqqət mərkəzində olublar. Ulduz futbolçular ilk hissədən sonra meydandan çıxarkən mübahisə ediblər. Trippye komandasının qazandığı ikinci penaltini Entoninin vurmasından narazı qalıb və buna əsəbiləşib.
Qordon ilk hissənin sonunda təyin edilən 11 metrlik cərimə zərbəsinə qədər artıq het-trik etmişdi, lakin həmin vaxt cinah oyunçusu həmkarının etirazına baxmayaraq penalti zərbəsini yerinə yetirib.
Zərbə dəqiq olsa da, kapitanın hirsi soyumayıb. Keran soyunub-geyinmə otağına gedərkən hisslərini Qordon qarşısında açıq şəkildə göstərib.
Bu məsələ "Nyukasl" azarkeşlərinin marağına səbəb olub. Onlar iki cəbhəyə bölünüb. Bir sıra tərəfdarlar insidentdən sonra Qordonun tərəfində dayanıb və müntəzəm penalti vuran oyunçu kimi zərbə vurmasında heç bir problem olmadığını vurğulayıblar.
Digər qrup azarkeşlər isə hesab edirlər ki, belə məqamda başqa futbolçuya, xüsusi ilə hücumçu Nik Voltemadeyə penalti verilsəydi, komanda üçün psixoloji baxımdan faydalı olardı.
Heybət
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın











.jpg)






















