Neymar açıqladı: Bu tarixdə karyerasını başa vura bilər
Bizi izləyin

İdman

Neymar açıqladı: Bu tarixdə karyerasını başa vura bilər

"Barselona" və PSJ-nin keçmiş vingeri, hazırda Braziliyanın "Santos" komandasında çıxış edən Neymar gələcəyi barədə açıqlama verib.

Publika.az xəbər verir ki, 34 yaşlı ulduz 2026-cı ilin sonunda karyerasını başa vura biləcəyinə işarə edib:

"Hələ nə olacağını bilmirəm. Dekabrda karyeramı bitirə biləcəyimi istisna etmirəm. Mən bu günü yaşayıram. 2026-cı il mənim, "Santos"un və Braziliya yığmasının həlledici ili olacaq".

Neymarın "Santos"la mövcud müqaviləsi cari ilin dekabrın sonunda başa çatır. Qeyd edək ki, 2026-cı ilin yayında Braziliya yığması dünya çempionatında çıxış edəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm