İdman
Mbappe - PSJ çəkişməsi davam edir: 4 milyon ödəsələr də...
Fransanın PSJ klubu məhkəmə qərarı ilə müəyyən edildiyi kimi, “Real”ın hücumçusu Kilian Mbappeyə borclu olduğu 6 milyon avrodan 4 milyon avronu transfer edib.
Publika.az xəbər verir ki, lakin hələ də tərəflər arasında maliyyə mübahisəsi həll olunmayıb. Bu barədə “L’Équipe” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, məhkəmə icraçılarının səfərindən sonra Paris klubu keçmiş hücumçuya qismən ödəniş edib. Əmək məhkəməsi əvvəllər PSJ-nin oyunçuya ödənilməmiş əmək haqqı, bonuslar və hesablanmış faizlər də daxil olmaqla 60,9 milyon avro təzminat ödəməsi barədə qərar vermişdi.
Əsas məbləğ daha əvvəl köçürülmüşdü, lakin 2 milyon avro fərq hələ də mübahisəli məsələ olaraq qalır. Klub oyunçuya tam ödəniş etdiyini israr edir.
Xatırladaq ki, münaqişə Mbappenin 2024-cü ilin yayında “Real”a pulsuz transferindən sonra yaranıb. Danışıqlar davam edir və məhkəmə müdaxiləsinin mümkünlüyü istisna edilmir.
Heybət
-
ABŞ16:52Bu ölkələrin liderləri Trampın tədbirində çırtıq çalıb oxudular - Video
-
Rəsmi xronika16:48Azərbaycanda bu qurumlar birləşdirilir - Fərman
-
Dünya16:09Real güzəştlərə hazırıq - Zelenski təslim olur?
-
İqtisadi gündəm15:24Minik avtomobillərinin ən baha olduğu ölkələr: Rusiyada 4 ildə qiymət bu qədər artıb
-
Nida Xəbər 14:24Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - Yeni detallar
-
Magazin213:54Kardaşyan izləyicilərini heyran etdi: Yenə soyundu - Fotolar
-
Magazin113:48Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
-
Nida Təhlil 13:42Vaşinqtonda təxribat: Həmin qüvvələr Azərbaycana qarşı sistemli fəaliyyət göstərir







































