İdman
Kompani: "Jose səhv etdi!"
“Bavariya”nın baş məşqçisi Vinsent Kompani Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında “Benfika”nın baş məşqçisi Joze Mourinyonun dediyi sözlərə tənqidi reaksiya verib.
Publika.az xəbər verir ki, “A Bola” Kompaninin sözlərini sitat gətirib:
“Mənim üçün oyundan sonra baş verənlər daha da pisdir. Joze Mourinyo Vinini gözdən salmaq üçün qol sevincinə görə tənqid etdi. Bu, liderlik baxımından böyük bir səhvdir.
Mourinyo Eysebio-nun adını çəkdi. O, “Benfika” oyunçularının irqçi ola bilməyəcəyini söylədi, çünki onların ən yaxşı oyunçusu Eysebio idi. 1960-cı illərdə qaradərili oyunçuların nələrdən keçməli olduğunu bilirsinizmi? O, Eysebio ilə səfər oyunlarında nə baş verdiyini görmək üçün gedib-gəlirdi?
Düzünü desəm, bu vəziyyətdə tərəf tutmaq istəmirəm.
Joze Mourinyo ilə işləmiş 100 nəfərlə tanış olmuşam. Heç vaxt kiminsə Joze haqqında pis bir şey dediyini eşitməmişəm. Bütün oyunçuları onu sevir. Onun necə insan olduğunu, klubu üçün mübarizə apardığını başa düşürəm. Qəlbimin dərinliyində onun yaxşı insan olduğunu bilirəm. Amma mətbuat konfransında eşitdiklərim də…
Onun bunu niyə etdiyini başa düşürəm, amma Jose səhv edib. Ümid edirəm ki, bu, gələcəkdə bir daha təkrarlanmayacaq və biz birlikdə irəliləyə bilərik”.
“Real Madrid”in cinah oyunçusu Vinisius 50-ci dəqiqədə qol vurduqdan sonra künc bayrağının yanında rəqs edib.
Mourinyonun sözlərinə görə, bu, portuqaliyalı azarkeşləri qəzəbləndirib. Oyun ikinci hissədə Vinisiusun “Benfika”nın hücumçusu Canluka Prestiannini onu “meymun” adlandırmaqda günahlandırmasından sonra müəyyən müddət dayandırılıb
-
Hadisə15:23Ordumuzun əsgəri vəfat etdi - Foto
-
Hadisə15:13Xidmət zamanı həlak olan FHN əməkdaşı dəfn olundu - Yenilənib(Fotolar)
-
Hadisə14:50Sərxoş halda 102-yə zəng edib narkotikdən danışdı, həbs olundu
-
Hadisə13:50Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
-
Hadisə13:42Tanınmış azərbaycanlı tiktoter həbs edildi
-
Hadisə13:20İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı
-
Sosial13:06Xalq artistinin oğluna vəzifə verildi
-
Nida Xəbər 12:47Prezidentdən Naxçıvanla bağlı sərəncam





















.jpg)

















