İdman
"Klub prezidentinin axtarışa verilməsi barədə elə də məlumatım yoxdur" - Demçenko
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, qonaqların baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Futbolçularıma demişdim ki, çətin oyun olacaq. “Karvan-Yevlax” elə vəziyyətdədir ki, onların itiriləsi heç nəyi yoxdur, ölümə qədər döyüşəcəkdilər. Komandama dedim ki, rəqibi qiymətləndirmək lazımdır. Birinci hissədə istədiklərimizi tam olaraq edə bilmirdik. Belə vəziyyətdə səbirli olub şansını gözləmək lazımdır. Səbirli olub əks-hücumda qol vurduq. İkinci hissədə bir az fərqli oynadıq. Rəqibə oynamaq üçün məsafə verməməyə çalışdıq. Futbolçularıma təşəkkürümü bildirdim. Qələbə qazanmaq üçün hər şey etdilər. Hələ rahat ola bilmərik. Qarşıda oyunlarımız var.
– Felipe Santos bundan sonra daimi olaraq əsas heyətdə oynayacaq?
– Biz Santosa izah etdik ki, o, yaxşı futbolçudur. Onun yaxşı oyun keyfiyyətləri var. Hər şey çox sadədir. O, öz üzərində daha çox işlədi və əsas heyətə qayıtdı.
– Klub prezidenti Ramin Axundovun axtarışa verilməsi komandaya necə təsir edir?
– Bu barədə elə də məlumatım yoxdur. Biz öz işimizi görürük. Bizim standart rejimimiz var. Komanda öz işini görməyə davam edir.
-
Sosial18:12"TIR-dan 63 kq narkotik çıxdı, yaşlı atam günahsız yerə həbsə düşdü"
-
İqtisadi gündəm17:55“Biz Rusiya neftinin ixracı ilə məşğul olmamışıq" - Yusif Məmmədov
-
Region17:50Gürcüstan Bakıdan Ermənistana neft məhsullarının tranziti üçün simvolik tarif tətbiq etdi
-
Sosial17:15Xidmət zamanı maşın vuran FHN əməkdaşının son durumu açıqlandı
-
Hadisə15:23Ordumuzun əsgəri vəfat etdi - Foto
-
Hadisə15:13Xidmət zamanı həlak olan FHN əməkdaşı dəfn olundu - Yenilənib(Fotolar)
-
Hadisə14:50Sərxoş halda 102-yə zəng edib narkotikdən danışdı, həbs olundu
-
Hadisə13:50Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu




















.jpg)
















