Məşhur cütlük toya hazırlaşır - Foto
Bizi izləyin

İdman

Məşhur cütlük toya hazırlaşır - Foto

Amerikalı reper Meqan Ti Stallion NBA ulduzu Kley Tompson ilə mümkün nikah barədə düşünür.

Publika.az xəbər veir ki, 31 yaşlı “Qremmi” mükafatı sahibi, ötən yay basketbolçu ilə münasibətlərini rəsmi şəkildə təsdiqləyib, bu dəfə isə Milanda kafe ziyarəti zamanı Olimpiya çempionları Britteni Bou və Hilari Nayt ilə birlikdə nişan barədə danışıb. Onların son nişanı haqqında məlumat aldıqda Meqan deyib:

“Onu sevirəm, bu çox şirindir. Mən də öz nişanımı manifest edəcəm”.

People jurnalına verdiyi müsahibədə sənətçi etiraf edib ki, Tompsonla tanış olmadan münasibətləri gözləmirdi, amma onun yanında rahat hiss edir.

Cütlüyün ciddi niyyətləri ilə bağlı şayiələr oktyabr ayında yayılıb. O zaman Meqan eyni ev açarları ilə şəkil paylaşmışdı. Sevgililər hələ də hisslərini açıq nümayiş etdirir. Reper Meqan Kley üçün ad günü sürprizi hazırlayıb, o isə cavab olaraq ona təxminən 400 min dollar dəyərində lüks “Bentley Mulsanne” hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm